Şb. Dek 14th, 2019

“Tələbinin ölümü qida zəhərlənməsindən olmayıb” – Agentlik sədri – CİNAYƏT İŞİ AÇILIB

“Bakı Dövlət Universitetin yataqxanasında tələbinin ölümü qida zəhərlənməsindən olmayıb”.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli Bakı Dövlət Universitetində zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı Dövlət Universitetində zəhərlənmiş qızlarların hadisəsi ilə bağlı hazırda cinayət işi aparılır: “Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açiqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir”. (modern.az)

Paylaş: