Şb. Dek 14th, 2019

Türkiyə Parlamentində QƏRİBƏ QƏRAR: bundan sonra qadınlar…

Türkiyə Böyük Millət Məclisi qadın işçilərinin geyimləri ilə gündəmə gəlib.

TBMM-də çalışan qadınlara uzun jiletlər və geniş şalvarlar geyinmək tapşırılıb.

TBMM İdarəsi qadın işçilərə dar geyindikləri üçün əvvəlcə şifahi xəbərdarlıq edib. Daha sonra qadınlara geniş şalvar, köynək və jiletdən ibarət kostyumlar tikilib. Qadınlar geyimlərin çox bol olduğu üçün əyinlərində dayanmadığından şikayətlənir.

“Xüsusilə, çanaq bölgəmizin fiqurasını bildirməyəcək geyim tələb edirlər”, – “BirGün” qəzetinə danışan parlament işçisi deyib.

CHP-li millət vəkili Alpay Antmen iddialarla bağlı TBMM-in sədri Mustafa Şəntopa sorğu göndərib. Sorğuda geyimlə bağlı narahatlıqların səbəbi soruşulub: “İddialar doğrudursa, fəlakətdir. İqtisadiyyatdakı mənfi gedişat, vətəndaşların işsizlik, yoxsulluq və korrupsiya problemi. İqtidarın isə fərqli dərdləri var. Həqiqətən də belə bir tələb varmı? Varsa, bunun səbəbi nədir?” (publika.az)

Paylaş: