Şb. Yan 25th, 2020

Əli Həsənovun nəvəsi maşın nömrələrini satışa çıxardı: 20 min manat – FOTO

Baş nazirin keçmiş müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşl?ri üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Əli Həsənovun qalmaqallı nəvəsi gözlənilməz addım atıb.

Turkustan.info Qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq məmurun nəvəsi bahalı avtomobil nömrələrini satışa çıxarıb.

Belə ki, Nail Allahverdiyev elan saytlarından birində nömrələri satışa çıxarıb. O, 10-PP-203, 10-YY-203 və 10-OO-203 seriyalı 3 nömrəyə 20 min manat qiymət qoyub. Elan Nail Allahverdiyevin yaşadığı Sumqayıt şəhərindən yerləşdirilib.

Qeyd edək ki, adı daim qalmaqallarda hallanan Nail Allahverdiyev 2017-ci ilin avqust ayının -də, saat 21.30 radələrində Heydər Əliyev prospetində idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobillə “Mazda” markalı başqa bir maşınla yarış zamanı ağır yol qəzası törətmişdi. Nəticədə iki nəfər ölmüş, iki nəfər ağır yaralanmışdı. Nail Allahverdiyev 6 il azadlıqdan məhrum edilsə də, bir müddət əvvəl azadlığa çıxıb.

Əli Həsənovun nəvəsi həm də bahalı maşın həvəskarı kimi tanınır. Nail Allahverdiyevə məxsus bahalı avtomobillərdən bir neçəsini təqdim edirik.

Paylaş: