27 Noyabr 2020 23:29

QHT-lərə Dövlət Dəstəyi Şurası İqtisadiyyat Nazirliyi ilə birgə QHT-lərə məlumatlandırma sessiyası təşkil edib

3 Dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı keçirdiyi qrant müsabiqəsi çərçivəsində məlumatlandırma sessiyası təşkil olunub.

Məlumatlandırma sessiyası Vergilər Nazirliyinin inzibati binasında keçirilib. Sessiya çərçivəsində Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Elçin Məmmədov nazirliyin vergi ödəyiciləri arasında apardığı məlumatlandırma və maarifləndirmə işləri barədə məlumat verib, sahibkarların vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsinin artırılmasının onların məlumatlılıq səviyyəsindən birbaşa asılı olduğunu qeyd edib.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov müsabiqə mövzuları və şərtləri, elektron xidmətlər barədə ətraflı məlumat verib.

Sonda QHT-lərinsuallarıcavablandırılıb.

Paylaş: