04 İyul 2020 06:29

ADAU-da “Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib

5 dekabr 2019-cu il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Azərbaycanda pambıqçılığın innovativ inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda ADAU-nun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Konfransın məqsədi aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafının müasir səviyyəsi, bu istiqamətdə həyata keçirilən tədbirlərin səmərəliliyi, tətbiq olunan innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələlərini müzakirə etməklə, sahənin daha innovativ əsaslarla inkişafına dair səmərəli təkliflər verməkdən ibarətdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun struktur bölmələrinin əməkdaşlarının, müvafiq ali təhsil və elmi-təqdqiqat müəssisələrinin, Özbəkistan və Türkiyə alimlərinin, pambıq istehsalçılarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək konfransın əhəmiyyəti, pambıqçılığın inkişafının ölkəmizdəki vəziyyəti, universitetdə bu sahədə görülmüş işlər, mütəxəssis hazırlığı, aparılan elmi-tədqiqat işləri, universitetlərarası qarşılıqlı əməkdaşlıqlardan danışıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müşaviri Şöhrət Vəkilov çıxış edərək ölkəmizdə pambıqçılığın keçdiyi tarixi yol, bu gün əldə olunan nailiyyətlər və tətbiq edilməli innovativ üsullardan söz açaraq konfransın vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev çıxış edərək pambıqçılıqla bağlı mülahizə və təkliflərini bildirib, konfransın işinə uğurlar arzu edib.

Daşkənd Dövlət Aqrar Universitetinin prorektoru Abduaziz Abduvasikov çalışdığı universitetin maddi-texniki bazası, strukturu və pambıqçılıqla bağlı görülən işlərdən danışıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının Türkiyədən olan mütəxəssisi prof.dr. Cemal Taluğ hər iki ölkə arasında uğurlu qarşılıqlı münasibətdən danışaraq bu qisim konfransların davamlı olmasını arzu edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının professoru Nizami Seydəliyev pambıqçılığın müasir səviyyəsi, qarşıda duran vəzifələr haqqında fikirlərini bölüşüb.

Bitki mühafizə və texniki bitkilər elmi tədqiqat institutu, Entomologiya şöbəsinin müdiri Kazım Hüseynov çıxış edərək pambıqçılıq sahəsində görülən işlər, zərərvericilər və onlara qarşı mübarizə tədbirləri haqqında rəy və təkliflərini bildirib.

ADAU-nun Texniki mexanika və qrafika kafedrasının müdiri  Şahlar Babayev Lifli pambıq çiyidinin keyfiyyətli səpin materialı haqqında fikirlərini çatdırıb.

Saatlı rayonunda yerləşən “Az-Aqro” MMC-nin nümayəndəsi Nizami Məmmədov çıxış edərək ölkədə pambıq istehsalının daha da inkişafı üçün görüləcək işlər haqqında təkliflərini bildirib.

Konfransın yekununda “John Deere” şirkətinin pambıqyığan kombaynçı kursunu uğurla bitirmiş 10 tələbəyə  Universitetin rektoru tərəfindən müvafiq sertifikatlar verilib.

Sonra konfrans iştirakçıları universitetin maddi-texniki bazası, mərkəzləri, laboratoriyaları, tikilməkdə olan tədris binaları, tədris-təcrübə təsərrüfatı ilə tanış olublar.

Günün ikinci hissəsində konfrans öz işini bölmələrdə davam etdirib.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin