C. Yan 24th, 2020

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məlumatlandırma sessiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olunub.
DQİDK sədrinin müavini Gündüz İsmayılov Dövlət Komitəsinin QHT-lərlə birgə həyata keçirdiyi tədbirlərdən və layihələrdən danışaraq onların dini sahədəki maarifləndirmə işinə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. G.İsmayılov qeyd edib ki, Komitə ilə Şuranın birgə əməkdaşlığı çərçivəsində hər il konfranslar və digər tədbirlər keçirilir.

Şura Katibliyinin elektron xidmətlər və daxili nəzarət bölməsinin rəhbəri Nədimə Rəhimli birgə qrant müsabiqələri haqqında ətraflı məlumat verərək Şuranın DQİDK-lə birgə keçirdiyi qrant müsabiqəsinin aktual mövzulara (Dini radikallığa və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirmə işinin təşkili; Milli-mənəvi dəyərlərin təbliğinə dair təşəbbüslər) həsr olunduğunu və bu istiqamət üzrə ixtisaslaşmış QHT-lərə potensiallarını realize etməyə əlverişli imkan yaratdığını söyləyib. Tədbirdə QHT-lərin sualları cavablandırılıb.

Paylaş: