Bakıda avtomobil mağazaya çırpılıb.

Turkustan.info xəbər verir ki, hadisə noyabr ayında baş verib. Sahil qəsəbəsində baş verən qəzanın görüntüləri isə indi yayılıb.

Baş verən qəza mağazanın müşahidə kamerasına düşüb. Videodan göründüyü kimi “Nissan X-Trail” markalı, 90 ZM 379 nömrə nişanlı minik maşını sürətlə geyim mağazasına girib.

Nəticədə mağaza dağılıb, maşına isə ziyan dəyib.

Xoşbəxtlikdə qəza zamanı mağazada və maşında olan insanlara zərər dəyməyib.

Hadisənin görüntülərini təqdim edirik.