13 Avqust 2020 06:24

Bibiheybət yolunun da “günahı” Ziya Məmmədovun boynunda qaldı: “Həmin dönəmdə Nəqliyyat Nazirliyi fəaliyyət göstərirdi”- RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov bildirib ki, Bibiheybətdə sürüşmə yox, uçqun baş verib. 

Onun sözlərinə görə, uçqun baş verən yamacda sürüşmənin heç bir təzahürlərinə rast gəlinməyib: 

“Orada aşınma, erroziya prosesləri var idi. Bunun isə ekzogen prosesə, yəni sürüşməyə aidiyyəti yoxdur. Hazırda yolun uçan hissəsində təmir-bərpa işləri gedir”. 

Belə çıxır ki, nazirlik rəsmisi əslində həmin yolun keyfiyyətsiz çəkilməsinə işarə edib. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Cebhe.info-ya açıqlamasında 9 il əvvəl çəkilən Bibiheybət yolunda indiyədək hər hansı problem yaşanmadığını deyib:

“Əziz Qaralov mütəxəssisdir. Hər halda nəyəsə əsaslanıb belə bir açıqlama verib. Sürüşmədir, çökmədir, dağılmadır, hadisədir olub. Hazırda Fövqaladə Hallar Nazirliyi tərəfindən ərazidə geoloji kəşfiyyat işləri aparılır. Bu işlərdən sonra həmin qurum orada nə baş verdiyi barədə daha dəqiq rəy bildirəcək. Mən bilmirəm Əziz Qaralovun təmsil etdiyi qurum orada geoloji kəşfiyyat işləri aparıb ya yox… Bunu nəyə əsaslanıb deyirlər? Təbii ki, onlar mütəxəssisdir və bununla bağlı bir söz deyə bilmərəm”. 

Bibiheybət yolunun əsaslı çəkilişindən danışan Anar Nəcəfli indiyədək həmin yolda ciddi fəsadların olmadığını vurğulayıb. O deyib ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi heç bir halda vətəndaşların əziyyət çəkməsini istəmir: 

“Bibiheybət yolu 2010-cu ildə inşa olunub. O vaxtdan indiyədə qədər  istismar olunub və hər hansı ciddi problem yaşanmayıb. Sadəcə, tərəfimizdən bu ilin mart ayında orada cari təmir işləri aparılıb. O zaman təmir işləri aparılarkən problem aşkar olunsaydı, təbii ki, belə halın baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülərdi. Heç kim istəməz ki, yolda hər hansı problem yaşansın və sonradan da buna görə vətəndaşlar əziyyət çəksin. Biz də çalışdıq və maksimal dərəcədə orada daha ağır fəsadların qarşısının alınması üçün tədbirlər gördük. Məsələn, noyabrın 24-də aşkar etdik ki, həmin yolda çatlar böyüyür, dərhal yol bağlandı. Yol bağlanmasaydı, hansı fəsadlara gətirib çıxarardı? Ondan əvvəl, yəni noyabrın 7-də biz o çatları müşahidə etməyə başladıq və aidiyyatı üzrə də dərhal müraciət olundu. Çatların araşdırılması tələb olunurdu ki, nədən yaranıb. Çünki yolun tikintisindən bu vaxta qədər xeyli vaxt keçib. Həmin dönəmdə isə Nəqliyyat Nazirliyi fəaliyyət göstərirdi. Sonra isə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti yarandı”.  

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri