Bz. Yan 26th, 2020

“Bir saat ərzində müsbət cavab almasaq, meyiti bura gətirəcəyik” – Ölmüş yezidi əsgərin əmisi

“Əgər bir saat ərzində müsbət cavab almasaq, meyiti bura gətirəcəyik”.
Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti qarşısında jurnalistlərə açıqlamasında bir neçə gün bundan öncə Qarabağın şimal-şərq hissəsində yerləşən qanunsuz hərbi hissələrindən birinin döyüş mövqeyində hələki naməlum şəraitdə ölmüş Artur Acamyanın əmisi bildirib.

“Qoy intihar etiketi yapışdırmasınlar, əgər iş istintaqdadırsa, onda hansı hüquqla internetdə bu cür məlumat yayırlar? Atəş açıblar, öldürüblər, deyək ki, öldürüblər. Çox yaxşı bilirəm, hətta öldürülməsi mümkündür. Əgər əsgər sağ olsaydı, deyə bilərdilər, lakin indi saxlayırlar, gizlədirlər. Öldürmüsünüz-öldürmüsünüz heç olmasa gizlətməyin”, – deyə ölmüş yezidi hərbi qulluqçunun əmisi bildirib.  /Ordu.az/

Paylaş: