Ça. Yan 28th, 2020

“Dağlıq Qarabağa dair heç bir sənəd yoxdur” – Paşinyandan AÇIQLAMA

“Bu gün danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirə edilə biləcək sənəd yoxdur”. 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Dağlıq Qarabağ probleminin həllinə dair təkliflərinə münasibət bildirərkən belə deyib. Paşinyan qeyd edib ki, dəfələrlə bəyan etdiyi kimi erməni tərəfi əvvəlcə təklif olunan tənzimləmə prinsiplərinin amplitudasının nə olduğunu başa düşməlidir. 

“Biz danışdıq ki, “Madrid prinsipləri”nə aydınlıq gətirilməlidir. Təbii ki, proses davam edir, amma hələlik heç bir aydınlaşdırma əldə etməmişik. Bizə yalnız aydınlıq gətirmək yox, onları razılaşdırmaq üçün başa düşməyimiz lazımdır”.  (cebhe.info)

Paylaş: