03 Dekabr 2020 23:51

Müsəlman ölkəsində ilk özəl şərab zavodu açılacaq

2022-ci ildə Türkmənistanda ilk özəl şərab zavodu açılacaq.

Turkustan.info xəbər verir ki, həmin zavodda italyan texnologiyası əsasında şərab və etil spirti istehsal ediləcək. Zavodun tikintisi ilə məşğul olacaq “Nurlı qadam” şirkətinin baş direktoru Murad Ramazanov bildirib ki, bunun üçün artıq İtaliya ilə kontrakt bağlamışıq, belə ki, oradan əla növ üzüm tingləri alınacaq və öz torpağımızda yetişdiriləcək.

Burada istehsal olunacaq etil spirtinin tibb müəssisələrinə pulsuz çatdırılacağı qeyd edilir.   /Cebhe.info/

Paylaş: