28 Noyabr 2020 00:17

Pakistanın Baş naziri “Diriliş Ertuğrul” serialının dövlət televiziyasında yayımlanmasını TƏLƏB ETDİ

Pakistanın Baş naziri İmran Xan Türkiyə istehsalı olan “Diriliş Ertuğrul” serialının yerli dövlət televiziyası PTV-də yayımlanmasını tələb edib.

Bu barədə İnformasiya naziri Firdevs Aşık Avan açıqlama verib. Onun sözlərinə görə, serial islam tarixinin gənclərə aşılanmasına müsbət təsir edəcək.

Nazirin sözlərinə görə, serialın yayım hüququ artıq alınıb, hazırda tərcüməsi həyata keçirilir. (redaktor.az)

Paylaş: