C. Yan 24th, 2020

Rusiyadan NATO-ya sərt cavab – “Nə edəcəyimizi yaxşı bilirik”

“NATO-nun təhdidlərinə qarşı silah yarışına girmədən, öz təhlükəsizliyimizi təmin edərək necə cavab verəcəyimizi yaxşı bilirik.

Turkustan.info xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Slovakiyanın paytaxtı Bratislavada ATƏT-in 26-cı Nazirlər Şurasının iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

NATO-nun fəaliyyətindən narahat olduqlarını qeyd edən Lavrov, “NATO özünü legitimlik mənbəyi kimi görür və hər kəsi inandırmağa çalışır ki, bu rolu yalnız özü öhdəsinə götürə bilər. NATO hərbi infrastrukturunu Rusiya sərhədlərinə qədər genişləndirir”, -deyə açıqlama verib.

Lavrov, NATO-nun hərbi büdcəsini artırdığını qeyd edərək, “NATO Avropa, Atlantik və Yaxın Şərq bölgəsi də daxil olmaqla dünyaya hakim olmağa çalışır. NATO Rusiya və Çini arasındakı tarazlığı pozmaqla bütün rəqiblərini məhv etmək istəyir. Nə edəcəyimizi, necə cavab verəcəyimizi yaxşı bilirik”.  /BakuPost/

Paylaş: