C. Yan 24th, 2020

ATƏT sədri: Qarabağda münaqişənin gərginləşmə təhlükəsi var

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi üçün real təhlükə var.

Turkustan.info bildirir ki, bunu Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Slovakiyanın Xarici İşlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak deyib.

“Dialoq bir il davam etdi. Müxtəlif platformalar vasitəsilə təşkilat etimad yaratmağa, gərginliyi aradan qaldırmağa və dialoqu davam etdirməyə çalışdı. Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi üçün real təhlükə mövcuddur. Münaqişələri birdəfəlik həll etmək üçün sehrli bir formulum yoxdur. Ancaq əminəm ki, ATƏT-in yeni dialoq üçün kanalların açılması ilə gərginliyi azaltmaq səyləri əvəzsizdir və ATƏT sülhə dair konkret addımlara dəstək verən ilk təşkilatdır”,-deyə ATƏT sədri əlavə edib. /Virtualaz.org/

Paylaş: