C. Yan 24th, 2020

Merkel Qazaxıstanın himnini əyləşərək dinlədi – VİDEO

Almaniya kansleri Angela Merkel Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokaevlə görüşdə Qazaxıstanın Dövlət Himnini əyləşərək dinləyib.
Turkustan.info bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
Daha əvvəl Tokaevin Milli Himnin ifası zamanı ayağa qalxması, Merkelin isə oturduğunu əks etdirən videogörüntü yayılıb. AFR hökumətində təsdiq ediblər ki, Angela Merkel dövlət başçısı Kasım-Jomart Tokaevlə görüşdə Qazaxıstanın Himnini əyləşərək qulaq asıb.
“Bu quraşdırılmış görüntü deyil, kansler himnə oturaraq qulaq asırdı”, – deyə Bundestaqda təsdiq ediblər.
İyundakı görüş vaxtı Merkel güclü titrəmə ilə diqqəti cəlb edib. Lakin rəsmi şəkildə iddia edildi ki, kansler özünü yaxşı hiss edir. Son aylar xarici dövlət liderlərinin Almaniyaya səfərlərinin gedişatında kansler ölkə tarixində ilk dəfə dövlət himninə stulda oturaraq qulaq asıb.
Merkel sentyabrda Çinə səfərinin gedişatında da himnlərin icrası zamanı yerindən qalxmayıb.
Noyabrda Hindistana rəsmi səfər edən Almaniya kansleri protokol qaydalarının əksinə iki ölkənin milli himnlərinin ifasını stulda əyləşərək dinləyib.

Paylaş: