Ça. Yan 21st, 2020

Siyavuş Novruzovdan müxalifətə ÇAĞIRIŞ: “Gəlin ağac əkin…”

İnsanlar öz təşəbbüsləri ilə bu kampaniyaya dəstək verirlər. Bu gün burada müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir.

Bu sözləri YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

O bilidirib ki, YAP bu gün bu təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında iştirak edir: “70-dən artıq rayonda 300 nəfərdən çox YAP üzvü bu kampaniyada iştirak edir. Ağacların əkilməsi və onlara qulluq edilməsi diqqət mərkəzindədir. Biz yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu monitorinq aparılacaq. Bu monitorinqlər quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi üçündür. Bu təşəbbüs ölkənin ekologiyası üçün gözəl layihələrdən biridir. Biz də böyük məmnuniyyətlə qoşuluruq. Burada kifayət ağac əkilib. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac əksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər”. (publika.az)

Paylaş: