Şb. Yan 25th, 2020

Baş Plan hazırlandı: Paytaxt Şamaxıya köçürülür? – Millət vəkili

Bakının küçələri dar və həddindən artıq yükləndiyindən paytaxtın gələcəkdə köçürülməsi qaçılmazdır.

Turkustan.info xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında Şamaxının baş Planının təsdiqlənməsi və böyük tikinti işlərinə başlanması barədə danışarkən deyib.

“Şamaxı Prezidentin də qeyd etdiyi kimi, Şirvanşahların paytaxtı olub. Seysmik zona olduğu üçün orada beşmərtəbəli 9 bal gücündə zəlzələyə davamlı evlər və inzibati binalar tikmək, Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Konstitusiya Məhkəməsini, Ali Məhkəməni ora, Milli Məclisi isə Gəncəyə köçürmək daha məqsədəuyğun olardı. Bu həm Bakını ekoloji fəlakətdən qurtarar, həm də regionların iqtisadi inkişafına böyük töhfə verərdi”, – millət vəkili bildirib.

Paylaş: