Ca. Yan 23rd, 2020

Putin Ərdoğanı Qələbə paradına çağırdı

Türkiyə dəvətə cavab verməyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin may ayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək Qələbə paradınba dəvət edilib. Rusiyanın Türkiyədəki səfirliyi Qələbə paradında iştirak etmək üçün  Ərdoğana dəvət məktubu göndərib. Bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Hələlik Türkiyə tərəfi rəsmi dəvətə cavab verməyib. Lakin dəvət qəbul edilərsə tarixdə ilk dəfə Türkiyə lideri Qırmızı Meydanda keçiriləcək parada qatılmış olacaq. Siyasi analitiklər bu dəvətin iki ölkə arasındakı münasibətlər üçün simvolik bir jest olduğunu bildiriblər.

Xatırladaq ki, R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə ötən il 7, bu il isə 4 dəfə görüşüb.

Gələn il may ayının 9-da Faşist Almaniyası üzərində qələbənin 75 illiyi təntənə ilə qeyd ediləcək. Son məlumata görə, artıq Moskvanın rəsmi dəvətini 17 ölkənin rəhbəri qəbul edib.

Daha öncə ABŞ lideri Donald Tramp da parada dəvət edildiyini, lakin seçki kampaniyası ilə məşğul olduğu üçün ora qatıla bilməyəcəyini demişdi.     /istipress.com/

Paylaş: