Şb. Yan 25th, 2020

Ailədaxili zorakılığa qarşı çəkilmiş “Mələk” filmi nümayiş olunacaq

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə quruluşçu rejissoru Elmar Məmmədov, ssenari müəllifi Aysel Atəş Abdullazadənin olduğu “Mələk” tammetrajlı bədii filmi 9 dekabr saat 16:30-da “Nizami” kino mərkəzində nümayiş olunacaq.

Turkustan.info xəbər verir ki, filmdə xalq artisti Kazım Abdullayev, Xatirə Süleymanova, baş rollarda isə Kənan Aydın və Leyla Səlim rol alıb.

Film, “O evdən kəfənsiz çıx!” şüarı ilə erkən nigahlara, qadına şiddətə və ailədaxili zorakılığa qarşı dayanışma əks etdirir.

Nümayişdə tanınmış incəsənət xadimləri, hökümət və media nümayənləri, YAP Gənclər Təşkilatı üzvləri iştirak edəcək!

Paylaş: