C. Yan 24th, 2020

Bir damcı qan ilə 13 xərçəng növünü müəyyən edə bilən analiz

Yaponiyada araşdırmaçılar, bir damcı qandan 13 fərqli xərçəng növünü müəyyən edə biləcək bir analiz yaratdılar. Ağciyər, sinə və prostat kimi 13 fərqli xərçəng növünü təsbit edə bilən analiz, 99% nisbətində doğru nəticələr təqdim edir.

Turkustan.info deyerler.org-a istinadən bildirir ki, Toshiba, Yaponiya Milli Xərçəng Araşdırma İnstitutu və Tokio Tibb Universitetidən araşdırmaçılar, bir damla qandan 13 fərqli xərçəng növünü müəyyən edəcək bir texnologiya yaratdılar. Araşdırmaçılar, analizin inkişaf etdirilməsinin önümüzdəki bir neçə ildə aparılan araşdırmaların sona çatacağını düşünürlər. Toshiba şirkətinin Sərhəd Araşdırmaları Laboratoriyasından Koji Haşimoto, yeni xərçəng analizi ilə əlaqədar şərh verdi.

Koji Haşimoto bu barədə belə deyib: “Digər şirkətlərin üsullarıyla müqayisə edildiyində xərçəng diaqnozunda düzgünlük dərəcəsi yüksək təsbit üçün lazımlı zaman və xərcdə ciddi bir üstünlük təmin edirik”.

Yeni xərçəng analizi, qandakı mikro RNT molekullarını taparaq xərçəngi müəyyən edir. Bu analiz ilə xəstələr bir neçə saat ərzində nəticələri ala bilirlər. Analizlərin bu qədər qısa bir müddətdə nəticə verməsi, xərçəngin erkən diaqnozu üçün böyük bir kömək təmin edəcək.

Haşimotonun verdiyi şərhə görə bu xərçəng analizinin xərci 200 dollardan daha aşağı olacaq. Analiz bazara verilənə qədər qiymətinin daha da düşəcəyi düşünülür.

 

Paylaş: