Şb. Yan 25th, 2020

Bacı-qardaş bıçaqlandı – Bakıda qanlı OLAY

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
2001-ci il təvəllüdlü Qafarova Ayşən Əbil qızı və qardaşı, 1994-cü il təvəllüdlü Mənsimov İlkin Əbil oğlu yaşadıqları evdə naməlum şəraitdə bıçaqlanıblar.
Yaralılar təcili yardimin köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıda döş qəfəslərinin bir ədəd kəsilmiş-deşilmiş yaraları aşkarlanıb. Yaralılar cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.   /report/

Paylaş: