Bz. Yan 26th, 2020

“Keşlə” klubundan bacısı intihar edən futbolçu ilə bağlı AÇIQLAMA

Dünən Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

Məlumata görə, özünü binadan ataraq intihar edən gənc qız Qırtımova Sevinc İlham qızı Azərbaycan millisinin və “Keşlə” klubunun futbolçusu İlkin Qırtımovun bacısıdır.

Hadisə ilə bağlı “Keşlə” futbol klubunun mətbuat xidmətinin rəhbəri Murad Axundov Modern.az-a bunları deyib.

“Biz də klub adından futbolçumuza başsağlığı vermişik. Hadisənin hansı səbəbdən baş verdiyi barədə bizə də ətraflı məlumat verilməyib. Məsələni hüquq-mühafizə orqanları araşdırır, yaxın günlərdə ictimaiyyətə də məlumat veriləcək. Sadəcə, onu bilirik ki, yaşadığı hündür mərtəbəli binadan özünü ataraq, intihar edib və yerindəcə keçinib. Ancaq onu deyə bilərəm ki, heç bir psixoloji problemi olmayıb. Hazırda “Keşlə” futbol klubunun nümayəndələri Zaqataladadırlar. Sevinc Qırtımova bu gün doğulduğu Zaqatalada dəfn olunacaq”.

Paylaş: