Ç. Yan 22nd, 2020

Kravçuk Krımı Rusiyaya verirdi: Yeltsin imtina edib?

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov eks-prezident Boris Yeltsinin Krımı ölkənin tərkibinə qatmamasına aydınlıq gətirib.

Bu barədə senator öz Tvitter səhifəsində məlumat yayıb.

“Belovejsk razılaşmasını imzalayan Ukrayna Prezidenti Leonid Kravçuk müstəqillik qarşılığında yarımadanı Rusiyaya qaytarmağa hazır idi. Lakin Yeltsini bir şey narahat edirdi. Bu, SSRİ-nin buraxılması, Qorbaçovun Kremldən qovulması idi. Krım heç onun vecinə də deyildi”, – deyə o bildirib. (axar.az)

Paylaş: