C. Yan 24th, 2020

Əbu Bəkr məscidi yenidən açılır – RƏSMİ

“Əbu Bəkr məscidinin yenidən açılması nəzərdə tutulur”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun üçün orada icmanın yaradılması planlaşdırılır: ”Məscidin minarəsinin fundamentində problem aşkar edilmişdi. Minarənin əyilməsi qəza vəziyyəti yaradırdı. Buna görə də orada toplaşmaq təhlükəlidir. Minarənin bərpa edilməsi və ya sökülüb yenidən tikilməsi üzərində iş gedir. Bundan sonra isə məsciddə icma yaradılacaq və fəaliyyətə başlayacaq”. (report)

Paylaş: