Ca. Yan 23rd, 2020

ADAU-nun rektoru Almaniyada beynəlxalq konfransda iştirak edib

27-30 noyabr tarixlərində Almaniyanın Vaynştefan-Trizdorf Tətbiqi Elmlər Universitetində rektorların konfransı keçirilib. Konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və Elm işləri üzrə prorektor Ramin Məmmədov iştirak edib.
Turkustan.info xəbər verir ki, konfransda 12 ölkədən 35 universitetin rektorları, prorektorları və beynəlxalq əlaqələr üzrə əməkdaşları iştirak ediblər. Konfransın gedişində bir çox təhsil məsələləri, o cümlədən ikili diplom məsələsi müzakirə olunub.

Paylaş: