Ca. Yan 23rd, 2020

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi – General vəzifədən azad edildi

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

FHN-dən Modern.az-a təyinatı təsdiqləyiblər.
FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.
Ailəlidir, 2 övladı var.

Paylaş: