Ça. Yan 21st, 2020

Nazirlər 4 saatlıq qapalı Qarabağ görüşündə nələrdən danışıb? – Tarasov DETALLARI AÇDI

“Bratislavada Lavrovun danışıqlarla bağlı təklif etdiyi düstur sıradan çıxarıldı”.
Bu barədə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mediasına açıqlamasında deyib.

Tarasov Bratislavada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən öncə Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda səfərdə olmasına diqqət çəkib.
“Lavrov bildirdi ki, qarşıdakı görüşdə Məmmədyarov və Mnatsakanyan konkret sənədi müzakirə etməlidir, söhbət “3+2” düsturundan gedir və bəyan etdi ki, yaxın vaxtlarda həmin sənədin rəsmiləşəcəyinə ümid edir. Yəni Lavrov danışıqların daha yüksək formatını təklif edir – Azərbaycan və Ermənistan XİN rəhbərləri Rusiya, Fransa və ABŞ xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar aparsın. Lakin Azərbaycan Bratislava görüşü ərəfəsində münaqişə ilə bağlı rəsmi mövqeyini irəli sürdü və bu, “Madrid prinsipləri”nə əsaslanır. Buna paralel olaraq, Nikol Paşinyan Xankəndində bəyan etdi ki, “masada heç bir sənəd yoxdur və biz indiyə qədər “Madrid prinsipləri” ilə bağlı izahat almadıq”. Burada sual yaranır, Məmmədyarovla Mnatsakanyan Bratislavada üç saat yarım ərzində nədən danışırdılar? Lavrov ssenarisi yaxın buraxılmır, lakin XİN rəhbərləri yanvar ayında yenidən görüşəcəklərinə dair razılaşdılar. Daha sonra Minsk qrupunun ümumi sözlərlə bəzədilmiş bəyanatı yayımlandı. Buradan nəticə çıxır ki, ya XİN rəhbərləri danışıqlar formatı ilə bağlı Lavrovun “3+2” təklifini müzakirə edirlər, amma qərar qəbul etməyə hazır olmadıqları üçün, fikirlərini açıq bildirmirlər, ya da ümumiyyətlə Lavrovun təklifi rədd edildi”, – o qeyd edib.
Tarasov bildirib ki, Moskva məxfilik oyununun dayandırılmasını çoxdan anlayır: “Biz hesablayırdıq ki, Serj Sarkisyandan fərqli olaraq, Ermənistanın inqilabçı hakimiyyəti Qarabağ məsələsində daha açıq olacaq və danışıqların detallarını açacaqlar. Bu baş vermədi. Yalnız abstrakt və ziddiyyətli bəyanatlar səsləndirilir. Azərbaycan çox danışmır, amma əvvəlki mövqeyindən geri çəkilmir. O zaman sual yaranır ki, Moskva niyə prosesin məxfiliyini hələ də saxlayır?! Açığı, Bratislavada nələrin olduğunu anlamaq çətindir. Hər halda nazirlər 4 saata yaxın vaxt ərzində konyak, yaxud çay içib, havadan-sudan danışmırdılar. Onların hansısa müzakirə predmeti var. Hansı ki, bunu heç kim bilmir”. (publika.az)

Paylaş: