Ç. Apr 1st, 2020

SON DƏQİQƏ: ABŞ-dan Türkiyəyə qarşı ŞOK QƏRAR

ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatın Silahlı Xidmətlər Komitələri aylarla davam edən müzakirələrdən sonra Milli Müdafiə Səlahiyyəti Qanunu (NDAA) üzərində razılaşıb.

“Röyters”-in xəbərinə görə, qanun Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə sisteminə görə sanksiya çağırışının da verildiyi 738 milyard dollarlıq Müdafiə Nazirliyi büdcəsini ehtiva edir.

Bundan başqa, qanunda Rusiya və Çin ilə daha yaxşı rəqabət apara bilmək üçün tədbirlər nəzərdə tutulub. Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının qadağan edilməsi də sənəddə yer alıb. Əlavə olaraq, Rusiya ilə hər cür hərbi əməkdaşlığın qadağan edilməsi, Türkiyəyə “Şimal axını 2” və “Türk axını” layihələrinə görə sanksiya tətbiq edilməsi də tövsiyə olunur.

ABŞ prezidenti Donald Trampa edilən çağırışda Türkiyəyə S-400-lərə görə F-35-lərin satılmaması və sanksiya tətbiq edilməsi tələb olunur. Həmçinin, Şimali Koreyaya sərt cavab verilməsi istənilir.

Sənəddə Donald Trampın uzun müddətdir ki, arzusu olan “Kosmik Güc”ün yaradılması üçün federal büdcədən vəsaitin ayrılması da yer alıb.

Qanunun 2019-cu il bitmədən Konqresdən keçməsi və prezidentə təqdim edilməsi gözlənilir. (publika.az)

Paylaş:

mersin escort bayan mersin escort