Ça. Yan 21st, 2020

Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA

Ayaz Mütəllibovun 82 yaşı var. Bu yaşdan sonra onun deputat olmaq kimi bir arzusu yoxdur.

Turkustan.info xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənov deyib.

“İndi səhhəti qaydasında deyil. Ona görə açıqlama vermir. Belə xəbərlər isə sensasiya məqsədilə çıxarılır. Ayaz müəllim bu yaşdan sonra deputat olacaq halda deyil”.

Qeyd edək ki, Müsavat Partiyasının sədri Arif Hacılının parlament seçkilərinə namizədlərin adını açıqlayarkən “onlar arasında bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var” ifadələrini işlətməsi Ayaz Mütəllibovun seçkilərdə iştirak edəcəyini ağıla gətirib. A.Hacılının “bu ölkənin prezidenti olmuş namizədlər” deyəndə kimi nəzərdə tutduğu bəlli deyil. Azərbaycanın 3 sabiq prezidenti var ki, onlardan yalnız Ayaz Mütəllibov həyatdadır.

Paylaş: