15 İyul 2020 21:47

“EuroHome”un sahibkarı müştərilərinə səsləndi

Dünən yananan “EuroHome” tikinti materialları bazarındakı mebel mağazasının sahibi müştərilərinə səslənib.

Böyük bir mebel mağazası və mebel sexi yanan sahibkar işlərinə qaldıqları yerdən davam edəcəklərini bildirib.

Mağazası içindəki mebellərlə birgə yanan sahibkar İnstaqram səhifəsindən elan edib ki, heç bir malı xilas etmək mümkün olmasa da, bu, son deyil.

Sahibkar müştərilərindən yeni sifarişlər götürəcəklərini də bildirib. Bunun üçün sahibkar müştərilərindən dəstək gözlədiyini deyib.

Xatırladaq ki, dünə səhər saatlarından başlayaraq Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində 5 hektarlıq ərazinin 2 hektarı tamamilə yanıb.

İlkin ehtimala görə, yanğına kafel-metlax mağazasında naqillərdə baş vermiş qısaqapanma səbəb olub. (axar.az)

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin