Bz. Mar 29th, 2020

“Siyahı üzərində iş gedir” – Əli Əhmədovdan deputatlığa namizədlərlə bağlı SON AÇIQLAMA

“Qanunvericiliyə uyğun olaraq, bu gündən növbədənkənar parlament seçkilərinə start verilir”.

Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

YAP rəsmisi bildirib ki,  hakim partiya vaxtı çatanda öz siyahısını elan edəcək.

Onun sözlərinə görə, bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək.

“Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar”-deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.

etikxeber.az

Paylaş:

mersin escort bayan mersin escort