C. Fev 21st, 2020

Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? – Köməkçisindən AÇIQLAMA

“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.

Bu fikirləri Azərbaycan Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçirləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.

 Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur:
“Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.

Qeyd edək ki, bu ayın sonlarında – dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq.
Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Belə ki, o, 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.

Son günlər sosial şəbəkələrdə 83 yaşlı sənətkarla bağlı müxtəlif iddialar yayılıb… (modern.az)

Paylaş:

mersin escort bayan mersin escort