Ça. Yan 21st, 2020

Birinci arvadı ikincinin evinə od vurdu – Bakıdakı yanğının ŞOK SƏBƏBİ

Bakıda ötən gecə hündürmərtəbəli binada baş verən yanğının səbəbi bəlli olub.

Əldə etdiyimiz məlumata görə, Cəlil Məmmədquluzadə küçəsi 998 ünvanında yerləşən binanın 10-cu mərtəbəsində yanğın baş verib. Hadisə nəticəsində 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. 

Əldə etdiyimiz xəbərdə bildirilir ki, hadisənin baş verməsinə səbəb ailə münaqişəsi olub. Belə ki, Emin adlı şəxs həmin binada ikinci həyat yoldaşı ilə yaşayır. Ötən gecə həmin şəxsin birinci həyat yoldaşı binaya daxil olaraq mənzilə qalxır. Orada baş verən qarşıdurma zamanı birinci həyat yoldaşı mənzilə od vurur. Bu zaman otaqda azyaşlı uşaqların da olduğu bildirilir. 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. (yenisabah.az)

Paylaş: