Ça. Yan 21st, 2020

Davudoğlunun yeni partiyasının adı və emblemi bəlli oldu

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu partiya quruculuğu istiqamətində işləri davam etdirir. 

Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, yeni partiya bu günlərdə elan oluna bilər. Məlumata görə, proses son mərhələdədir və yekunlaşmaq üzrədir. Bəzi ehtimallara görə, yeni partiya “Gələcək Partiyası” adlanacaq.  “Euronews Türkcə”yə yeni təşkilatın rəhbərliyindən sızan məlumata görə partiyanın emblemi yaşıl çinar yarpağı olacaq. “Yaşıl çinar qədimliyi, köklərə və mədəniyyətə bağlılığı, adət-ənənəni simvolizə edir”-deyə, mənbə bildirib.

Qeyd edək ki, buna qədər Davudoğlunun partiyasının “Bir Partiya”, “Bizim Partiya”, “Yaşam və Ədalət Partiyası” və “Hüzur Partiyası” adlanacağı deyilirdi.    /Cebhe.info/

Paylaş: