Ça. Yan 21st, 2020

Erməni ordusunun anbarındakı yanacaq SU İMİŞ – Aprel döyüşlərinin fəsadları…

Qarabağ cəbhəsindəki vəziyyət həmişə qarşı tərəflərin daxili siyasi proseslərinə birbaşa təsir edən əsas faktor olub və elə də qalacaq.

Hərbi icmalçı Nazim Bayramov Ermənistan parlamentinin “Aprel müharibəsi”nin öyrənilməsi üçün təyin etdiyi deputat-istintaq komissiyasının fəaliyətinin davam etdirilməsinə səs verməsinə münasibət bildirib.

N. Bayramov bildirib ki, komissiya bu ilin ortalarında işə başlamışdı və istintaqı 6 ay davam etməli idi:

“Lakin işi qeyri-müəyyən müddətə uzadıldı. Komissiyanın gələcəyi əsas qənaətlər Ermənistanın daxili proseslərinə təsirsiz ötüşməyəcək. Məlum olacaq ki, Ermənistanın o zamankı ali rəhbərliyi və şəxsən Serj Sarkisyan Azərbaycanın hərbi əməliyatları başlamaq qətiyətinin qiymətləndirməsində ciddi səhvə yol vermişdi. Sarkisyan orta statistik erməni və orta statistik azərbaycanlı kimi düşünürdü ki, Əliyev hakimiyətinin hərbi əməliyat keçirməyə cürəti və siyasi müstəqilliyi çatmaz. İkincisi, erməni cəmiyətinə məlum olacaq ki, Azərbaycan heç də erməni propaqandasının car çəkdiyi kimi, “Aprelin 2-i cəbhə boyunca genişmiqyaslı hücuma” keçməmişdi. Təsdiq olunacaq ki, aprelin 2-i Azərbaycan iki istiqamətdə məhdud əməliyatlar keçirib, həmin əməliyatın nəticəsində bölmələrimiz tutduqları yüksəkliklərdə dərhal möhkəmlənib, müdafiəyə keçmişdi. Növbəti üç gün ərzində isə məhz erməni ordusu əks-hücumlar keçirib, itirdiyi yüksəklikləri qaytarmağa çalışıb, lakin çoxsaylı itkilər verərək, buna nail olmamışdı. Digər tərəfdən apreldə ölən “zinvoriklərin” çoxunun aprelin 2-i səhər itirdikləri mövqeləri qaytarmaq məqsədilə keçirilən əks hücumlarda həlak olmaları ortaya çıxacaq. Daha sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi bu əks-hücumların perspektivsizliyi qənaətinə gəlib və aprelin 5-i atəşkəsin bərpasına razılaşıb”.

N. Bayramov qeyd edib  ki, bir müddət sonra Sarkisyan, Ohanyan və digər rəsmilər erməni cəmiyyətini o yüksəliklərin heç bir hərbi əhəmiyyəti olmadığına inandırmağa çalışıblar:

“Və itirilən əraziləri hektarlara çeviriblər (sanki söhbət əkin sahələrindən gedir). Burada sual çıxır, itirilmiş yüksəkliklər əhəmiyyətsiz idisə, onda niyə onları qaytarmaq üçün bu qədər gənc erməni həyatını ortaya qoydunuz? Deməli, ölənlər Ermənistanın o zamankı hərbi-siyasi rəhbərliyinin hakimiyət maraqlarının qurbanları olmuşdu. Komissiyanın əsas gələcəyi qənaət bu olacaq. Belə nəticə Paşinyanı tam qane edir. Adətən müharibə başlayanda ordunun təminat-təhcizatında, idarə olunmasında və döyüş qabiliyətində bir sıra nöqsanar üzə çıxır. Erməni ordusunun anbarlarındakı yanacaq uzun illər satılıb, əvəzinə su əlavə olunurdu. Bu da döyüşdə hərbi texnikanın sıradan çıxmasına səbəb olmuşdu. Ordu və döyüş idarəetməsində digər nöqsanlar da komissiyanın hesabatında əksini tapacaq”.

N. Bayramov hesab edir ki, komissiyanın əsas (bəyan olunmayan) məqsədi Paşinyanın, devirdiyi siyasi düşmənlərini sıradan çıxarmaqdır:

“Bu, onun üçün çətin olmayacaq, çünki məhz aprel məğlubiyəti “Qarabağ klanı”nı erməni cəmiytinin gözündən saldı və inqilaba yol açdı. Son günlər Sarkisyana qarşı dövlət əmlakını talamaq ittihamı ilə cinayət işinin açılması ilə komissiyanın işinin uzadılması da əlaqəli proseslərdir”. (redaktor.az)

Paylaş: