Ça. Yan 21st, 2020

USAID-in Azərbaycandakı Özəl Sektorun İnkişafı Layihəsinin rəhbəri ADAU-da

Özəl Sektorun İnkişafı Layihəsinin rəhbəri Devid Blad Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqla görüşdə universitetin beynəlxalq əlaqələrindən eləcə də Amerikanın Oklahoma Dövlət Universiteti ilə  olan əlaqələrindən söz açıb. Gənc müəllimlərin təcrübə proqramlarına cəlb olunması eləcədə xarici dil biliklərinin təkmilləşdirilməsi üçün 100-ə dək müəllim üçün 10-a yaxın hazırlıq qruplarının da təşkil olduğunu bildirib.

Özəl Sektorun İnkişafı Layihəsinin rəhbəri Devid Blad qarşılıqlı əməkdaşlıqdan məmnunluq duyduğunu bildirərək bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra qonaq universitetin quşçuluq və birldirçinyetişdirmə üzrə tədris mərkəzləri, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, bitki klinikası, aqrokimya laboratoriyası, istixanalar, maşın-traktor parkı, auditoriyalar, tələbə yataqxanası və digər bölmələri ilə tanış olub.

 

Paylaş: