Ca. Apr 2nd, 2020

“Onun nəyinə “İmperator” deyirlər?” – Fazil Mustafadan sərt tənqid

“Qalatasaray”ın (Türkiyə) UEFA Çempionlar Liqasının qrup mərhələsindən növbəti 1/16 mərhələyə adlaya bilməməsi bu kluba azarkeşlik edən Milli Məclisin deputatı Fazil Mustafanı da əsəbləşdirib.

Millət vəkili İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terimi sərt şəkildə tənqid edib və onun dönəmində “Qalatasaray”ın oyunlarını izləmədiyini bildirib:

“Galatasaray”lılar inciməsin, Fatih Terim adı olan yerdə heç vaxt bu komandanı izləmirəm. Onun nəyinə “İmperator” deyirlər, açığı hələ də anlaya bilmirəm. Futboldan anlayışım var, Fateh Terim keçici emosiyalar üzərində komanda qurmaqdan başqa düşüncəyə sahib deyil. Sistem komandası qura bilməyəcəyindən də əminəm. “Paris Sen Jermen” (PSJ) niyəsə az qol atıb… Belə çıxır ki, “Real” “Qalatasaray”la daha faydalı məşq edib…”

Xatırladaq ki, “sarı-qırmızılar” “Real” (Madrid, İspaniya), PSJ (Fransa), “Brügge”nin (Belçika) də yer aldığı qrupu 2 xalla başa vurub. “Real”a 0:6 hesabı ilə məğlub olan komanda PSJ-yə də 5:0 hesabı ilə uduzub. “Brügge” 3 xalla “Qalatasaray”ı ötüb və Avropa liqasına yollanmağı bacarıb. (yenisabah.az)

Paylaş:

mersin escort bayan mersin escort