09 Avqust 2020 22:05

“Şirməmməd Hüseynov” mükafatının kimlərə veriləcəyi açıqlandı

Parlament Jurnalistləri Birliyinin (PJB) təsis etdiyi “Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi PJB İdarə Heyətinin qərarı ilə təsdiqlənib.

Turkustan.info-nun xəbərinə görə, bu barədə Birliyin rəhbəri Elşad Eyvazlı məlumat verib.

O bildirib ki, mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir: ““Şirməmməd Hüseynov” mükafatı fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafına töhfə vermiş, jurnalistikanın inkişafı sahəsində yüksək xidmətləri olmuş, eləcə də  jurnalistika sahəsinin zənginləşdirilməsi və inkişafına xidmət edən, jurnalistikanın tədrisi sahəsində  qazandıqları mühüm nailiyyətlərə görə fərqlənən şəxslərə veriləcək. Azərbaycanla bağlı xarici mediada çıxış edən əcnəbi vətəndaşlar və  fəaliyyətində peşə prinsiplərinə riayyət etməsi ilə fərqlənən jurnalistlər də namizəd ola bilərlər”.

E.Eyvazlı qeyd edib ki, “Şirməmməd Hüseynov” mükafatına namizədlərin müəyyən edilməsi məqsədilə PJB İdarə Heyətinin qərarı ilə 5 nəfərdən ibarət Ekspert Komissiyası yaradılıb: “Komissyiyanın sədri tanınmış jurnalist Elşad Paşasoydur”.

Seçim qaydasına gəlincə, sədr bildirib ki, Ekspert Komissiyası gizli səsvermə yolu ilə namizədliyi irəli sürülmüş şəxslər sırasından mükafata layiq namizədləri seçib PJB İdarə Heyətinə təqdim edəcək: PJB İdarə Heyəti üzvlər arasında keçirilən sorğu vasitəsilə qalibi müəyyən ediləcək.  Mükafat və onun diplomu hər il 22 iyul Milli Mətbuat Günü ərəfəsində təntənəli surətdə təqdim olunacaq. Bir şəxs yalnız bir dəfə bu mükafatla təltif edilə bilər. Mükafat vəfat etmiş şəxslərə verilmir. “Şirməmməd Hüseynov” mükafatı qiymətli metaldan hazırlanmış medaldan ibarətdir. Medalın bir üzündə Şirməmməd Hüseynovin şəkli, digər üzündə isə Parlament Jurnalistləri Birliyinin (PJB) loqosu təsvir olunur”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri