Ca. Yan 23rd, 2020

Lələtəpəyə bayraq sancan polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu – Foto

Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun məşhur polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.

Turkustan.info-nun məlumatına görə, bu barədə Gununsesi.org-a polkovnikin yaxınları bildirib.

Xatırladaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib.

Qadir Vəlişov

Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib,1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb,1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minamyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.

Daha sonra Naxcıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib,bir müddət rəis vəzifəsin icra edib 6 ay öncə Silahlı qüvvələrdən təxris olub.

Paylaş: