02 İyul 2020 20:25

Qənirə Paşayeva: ”Ermənilər bu qərardan istifadəyə başladı”

ABŞ Senatının qondarma erməni soyqırımı haqqında Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsini pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq.

Turkustan.info xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur:

“Senatın bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib. Senat bu addımı ilə ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi roluna da bir daha çox ciddi kölgə saldı. Çünki onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Hətta yox dərəcəsində idi. Senatın bu addımından sonra isə insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Senatın qondarma erməni soyqırımı ilə bağlı yekdilliklə Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsi bir daha ikili standartlardan xəbər verdi və türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək və etməməlidir”.

Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan qardaş Türkiyənin yanındadır və gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdır:

“Biz hamımız türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı, qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi daha da gücləndirməliyik. Xocalı soyqırımı həqiqətlərini daha geniş duyurmalıyıq ki, əslində kimlərin kimlərə qarşı soyqırım törətdiyini anlada bilək. Senatda təmsil olunanlar isə bunu çox yaxşı bilir. Amma onlar nəyin bahasına olursa-olsun, öz maraqlarını təmin etmək üçün yalanı gerçək adı ilə qəbul etmək əxlaqına malik olduqlarını bir daha göstərdilər. Senatın Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təqdiqləməsi bu layihənin qanun statusu alması deməkdir. Qanunun qüvvəyə minməsinin qarşısı yalnız ABŞ prezidentinin veto hüququndan istifadə edəcəyi təqdirdə alına bilər ki, Trampın bu addımı atacağına ümid çox azdır. O, Türkiyənin qardaş ölkə üçün çox önəmli olan bir sıra milli maraqlarından vaz geçməsini istəyəcək. Budur əslində ABŞ-ın gerçək siması. Qardaş Türkiyə isə bu yolla edilən təzyiqlə milli maraqlarla bağlı məsələlərdən geri çəkilməyəcəyini bəyan edib”.

Millət vəkili qeyd edib ki, işğalçı Ermənistan və ermənilər bu qərardan mütləq öz maraqları üçün və yalanlarını dünyaya daha geniş yaymaq üçün istifadə edəcəklər və artıq buna başlayıblar:

“Ona görə də bütün dünyada gerçəklərin yayılması, Xocalı həqiqətlərinin daha çox bilinməsi ilə bağlı işlərimizi daha da genişləndirməliyik. ABŞ prezidentinin də bu qərarı təqdiqləyəcəyi təqdirdə ABŞ-ın həmsədr kimi roluna ciddi zərbə olacağı düşüncəsini isə Vaşinqton rəsmilərinə bir daha geniş və birmənalı olaraq çatdırmamız lazımdır”.

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri
escort mersin