12 Avqust 2020 16:21

“Qarabağda bizə qarşı döyüşüb…” – Xoşqədəm Armeni anası ilə görüşdürdü – VİDEO

“Əgər mən sizə desəm ki, Ermənistana aparılan oğlunuz Qarabağda bizə qarşı döyüşüb, yenə də onu qəbul edəcəksiz?” Xoşqədəm Hidayətqızı bu sualına “Bəli” cavabını verən, oğlu erməni ailəsinə övladlığa verilən azərbaycanlı Qəndab xanım övladına qovuşub. 

Turkustan.info “yenisabah”a istinadla xəbər verir ki, 51 il əvvəl il dünyaya gətirdiyi oğlu əlindən alınaraq Gəncədəki uşaq evinə atılan və erməni ailəsi tərəfindən övladlığa götürülərək Ermənistana aparılan Armen (Eldəniz) Bakıya gətirilərək anası ilə görüşdürülüb.

Qeyd edək ki, Eldəniz 1972-ci ildə 4 yaşı olarkən erməni ailəsinə övladlığa verilib. Erməni ailə Eldənizi Körpələr Evindən götürdükdən sonra adını dəyişib. 1982-ci ildə ailə ona erməni övladı olmadığını bildirir və gecə ilə Azərbaycanı tərk edərək Ermənistana daşınır.

Armen Ermənistanda böyüyüb, kollec bitirib və orada həqiqi hərbi xidmətdə olub. Ailə Armenin əslində azərbaycanlı olduğunu hər kəsdən gizli saxlayıb. Armenin erməni anası ölən günü qardaşı Robertə bu sirri açır. Ana ölümündən qabaq Armenin azərbaycanlı olduğunu bildirir və Robertə tapşırır ki, onu Ermənistandan çıxarsın.

Oğlundan xəbərsiz olan Qəndab xanım bir müddətdən sonra ailə qurur. Lakin bir daha ana ola bilmir. Həyat yoldaşının razılığı ilə övladlığa uşaq götürürlər. Buna baxmayaraq öz doğma oğlunu axtarır. Bu axtarış illərlə davam etsə də, heç bir nəticə vermir. Hacıxanım Qəndab sonda oğlunun axtarışını “Səni axtarıram” proqramına həvalə edib və acı həqiqət üzə çıxıb.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri