Ca. Yan 23rd, 2020

Toyda uşağı içki şüşəsi ilə vuran azərbaycanlı dünya mediasında – VİDEO

Bu həftə Azərbaycandakı toylardan birində qəzəbli bəyin davranışı sosial şəbəkələrdə çox müzakirə olundu.

Kadrlardan görünürdü ki, bəy tort kəsiləndən sonra özünü çox hirsli aparır, içki şüşəsini yerə vuraraq kənarda dayanan uşağa xəsarət yetirir.

Turkustan.info xəbər verir ki, uşağı vuran azərbaycanlı haqda dünya mediası da yazır. “Daily Mail” buna material həsr edib. Xəbərdə cütlük bədbəxt adlandırılıb, bəyin davranışı tənqid olunub. Böyük Britaniya nəşri “qəhrəman”ın yerə şampan şüşəsini çırpdığını qeyd edib.

“Daily Mail” həmin kadrı oxucularına da çatdırıb.

/Bizimyol.info/

Paylaş: