Be. Yan 20th, 2020

“Babaları belə, həyatda olmayan senatorların 1915-ci il hadisələrini mühakimə etmələri qəbuledilməzdir”

Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında ABŞ Senatının qondarma erməni soyqırımını tanıyan bədnam qərarını şiddətlə qınayıb:
“ABŞ Senatında qəbul edilən bu bədnam qərar insani, tarixi və hüquqi olmaqdan uzaqdır. Siyasətçilər siyasət, tarixçilər tarixlə məşğul olmalıdır. Hər kəs peşəsi ilə məşğul olsun! ABŞ Senatının uydurma, əsassız, böhtandan ibarət qərarını qınayıram. Bu gün babaları belə, həyatda olmayan senatorların və siyasətçilərin 1915 – ci il hadisələrini mühakimə etmələri qəbuledilməzdir və tarixə hörmətsizlikdir. Milyonlarla hinduya qarşı soyqırımı törətmiş ABŞ öz qanlı keçmişinə nəzər yetirsin!
Birinci Dünya Savaşı əsnasında bəzi güclərin təhrikiylə erməni silahlı qücləri Türkiyə ərazisində yüz minlərlə günahsız Türkü qətlə yetirimiş, öz ata-baba yurdlarından köçməyə məcbur edilən milyonlarla Türksə Balkanlar və Qafqazda qətl edilmişdir. Yaxın keçmişdə isə Xocalıda yüzlərlə Azərbaycan Türkü – uşaq, qadın və yaşlı məhz erməni cəlladlarının əli ilə amansızlıqla qətl edilmişdir.
Bu qərarın Ermənistana xeyri olmayacaq, əksinə, bölgədəki gərginliyi artıracaq. Bu qərar, Ermənistanın Türkiyə və Azərbaycan ilə münasibətlərini daha da pis vəziyyətə salacaq”.

Paylaş: