13 Avqust 2020 07:25

Britaniyalı alim Qarabağdan yazdı: Şizofrenik Ermənistan

“Armenia and Azerbaijan: Anatomy of a Rivalry” (“Ermənistan və Azərbaycan: Rəqabətin anatomiyası”) kitabının müəllifi Laurence Broers alimdir.

20 ildən çoxdur ki, Qafqaz üzrə münaqişələri araşdırır. Adıçəkilən kitab Edinburq Universiteti tərəfindən nəşr edilib. Müəllifin bundan əvvəlki kitabı isə Ermənistanda baş vermiş məxməri inqilabla bağlı olub. ABŞ-a bağlı “Eurasianet.org” saytı həmin kitabla bağlı yazı hazırlayıb.

Turkustan.info Musavat.com-a istinadla Azərbaycan üçün xüsusi həssaslığa malik olan Dağlıq Qarabağ münaqişəsinin ön plana çıxarıldığı həmin yazını diqqətinizə çatdırır:

Peşəkar siyasətçilər üçün nəzərdə tutulmuş sayt Ermənistan və Azərbaycan arasında mövcud olan davamlı rəqabətin səbəblərini açıqlayır. Hər iki tərəfin bu çətin bir rəqabətə sürüklənməyə məhkum olduğunu bildirir.

Məqalədə deyilir ki, 2019-cu ildə nəşr olunmuş bu kitab Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi, britaniyalı jurnalist Tomas de Vaalən 2003-cü ildə Nyu Yorkda çap olunmuş “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabı ilə müqayisə oluna bilər. Jurnalist Tomas de Vaaldan fərqli olaraq Laurence Broers alimdir və bundan doğan yanaşma hər iki kitabda aydın şəkildə hiss olunur.

Buradaca kiçik bir haşiyə çıxaraq qeyd edək ki, Tomas de Vaalın Qarabağ münaqişəsi ilə bağlı yazıları ermənilər tərəfindən xoş qarşılanmır. Azərbaycanda isə ona simpatiya var. Laurence Broerslə bağlı vəziyyət necə olacaq? İndidən nəsə demək çətindir…

Broers iddia edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin Abxaziya və ya Dnestryanı kimi postsovet məkanının mübahisəli əraziləri ilə, İsrail və ərəb dövlətləri arasındakı qarşıdurma və ya Hindistan və Pakistan arasındakı uzun müddət davam edən rəqabətlərlə müqayisə etmək doğru olmazdı. “Döyüşənlər arasında güc balansı, hərbi qüvvələrin miqyası və real dağıdıcı potensialın dayanıqlığı baxımından 1990-cı ildən başlayan Ermənistan-Azərbaycan münaqişəsi Avrasiyada mövcud olan digər münaqişələrdən ciddi şəkildə fərqlənir”, kitabın müəllifi yazır.

Söhbət həm də ondan gedir ki, adətən işğal edən tərəf işğal olunan tərəfdən güclü olur. Ermənistan-Azərbaycan münaqişəsində isə vəziyyət tam fərqlidir. Dostlarımız da, düşmənlərimiz də etiraf edir ki, Azərbaycanın hərbi gücü Ermənistandan müqayisə olunmaz dərəcədə üstündür. Bu üstünlük iqtisadiyyatda da özünü açıq şəkildə göstərir…

Kitabda deyilir ki, hər iki tərəf “geosiyasi mədəniyyət” baxımından demək olar ki, eyni arqumentlərə söykənir. Dövlət sərhədləri bu iki xalqın “həqiqi” evləri kimi qəbul olunmur. Ermənilər yaşadıqları bölgənin böyük bir hissəsinin tarixən onlara məxsus olduğunu iddia edirlər. Azərbaycan tərəfi isə türk kimliyini qabardır. Hazırda Ermənistan kimi tanınan ərazilərin tarixən onlara məxsus olduğunu vurğulayır. Bu kimi düşüncələr isə Ermənistanla Azərbaycan arasındakı münasibətlərə daha da ziyan vurur. Qarşılıqlı şəkildə bir-birini inkar edən tərəflər digərinə daha az yer buraxmağa çalışır.

Aydındır ki, söhbət “Böyük Ermənistan” və “Böyük Azərbaycan” kimi iddialardan gedir. Kitabda Azərbaycanın İranda türklər yaşayan ərazilərə də iddialı olduğu bildirilir.

Müəllif yazır ki, Ermənistanın əsas arqumenti odur ki, xalqların öz müqəddəratını təyin etmək hüququ var. Azərbaycan isə beynəlxalq səviyyədə tanınan və ərazi bütövlüyü kimi təsbit edilən hüquqa istinad edir… “Nəticədə, Azərbaycanın geosiyasi mədəniyyəti düşməninin şizofreniyasını mənimsəmişdir”, deyə Broers yazır.

Qeyd olunur ki, hər iki tərəfdən qaçqın düşənlərin ümumi sayı 1 milyon nəfərdən çoxdur. Əlbəttə, Azərbaycan tərəfi olaraq bu fikirlə razılaşmaq çətindir. İlk baxışda təhlükəsiz görünən bu fikir reallığı, yumşaq desək, əks etdirmir.

Bu münaqişədə xarici amillərin də ciddi rol oynadığı vurğulanır. Ancaq məqalədə bu önəmli məsələnin üstündən sükutla keçilir. Düşünürəm ki, yalnız bu kitabı oxuduqdan sonra müəllifin mövqeyi barədə daha dəqiq məlumat əldə edə bilərdik. Təəssüf ki, hazırda bu imkana malik deyilik. Yalnız resenziya xarakterli məqaləyə əsasən fikir yürütmək zorundayıq.

Müəllif vurğulayır ki, həm Ermənistan, həm də Azərbaycan bu münaqişədən “canını qurtaran” məsələ kimi istifadə edir. Təhlükəsizlik naminə demokratiyaya qurban verilir. Ermənistan və Azərbaycan liderləri rəqiblərin siyasi arenaya çıxmasına mane olmaq üçün Qarabağ münaqişəsindən istifadə edirlər. Di gəl ki, kifayət qədər avtoritar olan rejimlər qarşılıqlı güzəştlərə getməklə problemin çözülməsində avtoritarlıq nümayiş etdirmirlər.

Müəllif daha sonra yazır ki, indi Ermənistanda demokratiyaya həqiqi iddiası olan bir hökumət var. Ancaq “məxməri inqilab”dan sonra iqtidara gələnlər də Qarabağ münaqişəsinin həllində elə bir iradə nümayiş etdirmirlər. Ermənistanda mövcud olan demokratiya da Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada elə bir dəyişikliyə səbəb olmayıb.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri