Ca. Yan 23rd, 2020

MUSİAD-da media təmsilçiləri ilə görüş

Qısa adı MUSİAD olan Müstəqil Sənayeçi və İşadamları Birliyinin Azərbaycan Təmsilçiliyində (MUSİAD-Azerbaycan) bir qrup media nümayəndəsi ilə görüş keçirilib.

Turkustan.info xəbər verir ki, səhər yeməyi ortamında gerçəkləşdirilən görüşdə MUSİAD-Azerbaycan təmsilçiliyinin başqanı Abdurrahman Uzun Birliyin Türkiyədə və dünyadakı fəaliyyətləri haqqında ətraflı bilgilər verib.

A.Uzun ayrıca MUSİAD-Azərbaycan haqqında danışaraq buradakı təmsilçiliyin 51 üzv qurumu olduğunu deyib. Onun sözlərinə görə üzvlər arasında yerli biznes qurumlarının təmsilçiləri də var.

MUSİAD-Azərbaycan-a üzv qurumlarda hazırda 3290 nəfər işçi çalışır. 

Təmsilçiliyin şöbə müdiri Muhterem Öz MUSİAD-Azərbaycan təmsilçiyinin indiyəqədərki fəaliyyəti ilə bağlı video-rolik nümayiş etdirib.

Sonra başqan A.Uzun jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, yeni dönəmdə təmsilçilik sosial layihələr və media ilə əlaqələr sahəsində işi gücləndirmək niyyətindədir. 

Səmimi ortamda keçirilən belə görüşlərin davamlı olması fikri ifadə edilib.

Paylaş: