26 Noyabr 2020 00:23

Qazi zabitimizin həbsi cəmiyyətdə üzüntü ilə qarşılanıb – Məlahət İbrahımzıqı

Məlahət İbrahimqızı

1986-cı ildən Əfqanıstan müharibəsində çətin döyüş yolu keçən, Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçmiş, 1994-cü ildə Füzuli istiqamətində ağır döyüşlər zamanı çox ciddi yaralanan və 1 il müalicə alandan sonra yenidən bir daha ordu sıralarına qayıdaraq, yenidən 15 ilə yaxın hərbi hissə komandiri işləmiş, 2016-cı il aprel də Talış istiqamətində hərbi əməliyyatlarda döyüşən, Lələtəpəyə Azərbaycan bayrağını sancmış və bu döyüşlərdə ağır yaralan Polkovnik Vəlişov Qadir Saday oğlunun məişət zəminində baş vermiş hadısə ilə əlaqədar həbsi hər bir Azərbaycan vətəndaşını dərindən üzür və narahat edir.  Ölkəmizin hüquqi dövlət olmasına, qanunun hər bir vətəndaş üçün qeyd şərtsiz ali dəyər olmasına baxmayaraq şərəfli və çətin mübarizə yolu keçmiş, vətən qarşısında, hər bir Azərbaycanlı qarşısında zəngin xidməti olmuş, cəsur qazimiz polkovnik Vəlişov Qadirin məişət zəminində baş vermiş mübahisədə, əsəb-sinir sisteminin gərginliyindən qaynaqlanaraq ( bəlkə də qeyri-ixtiyari) baş vermiş hadisənin mətbuat vasitəsilə bu cür təqdim ədalətsiz olardı. Düşünürəm ki, vətən qarşısında bu qədər xidmətləri olan Qazimizin törətdiyi bu hadisəni onun uzun illər stress dolu bir həyat yolu keçməsilə izah etmək olar. Bu mənada yerli ictimaiyyət, xüsusilə də hüquq mühafizə orqanları belə hallara xüsusi həssaslıqla yanaşmalı idi.

Bu gün ölkəmizdə cəzaların humanistləşdirilməsi ilə bağlı Prezidentimizin imzaladığı humanist fərman və sərəncamlar, uzun illərdir ki, ölkəmizdə Prezident yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının fəaliyyəti hər birimizdən bu cür münaqişə və insidententlərə humanistcəsinə və fərdi yanaşma tələb edir.

Ölkəmizin 1-ci Vitse Prezidentinin təşəbbüsü ilə dəfələrlə Parlamentdə ilə bağlı qərarın qəbul olunması hüquq mühafizə orqanlarını cəza hökmlərindən daha çox barışıq qərarlarına üstünlük vermək üçün çağırışdır. Sözsüz ki, Qazimizin bütün hərbi xidməti Vətənin müdafiəsində keçirdiyi stresslər onun sağlamlıq durumunda ağır izlərsiz ötüşməmişdir.

Düşünürəm ki, zərərçəkənlər bir daha qazi, polkovnik Vəlişov Qadir qardaşımızın şücaət dolu fəaliyyətini nəzərə alaraq ən qısa zamanda barışıq elan edəcəklər. Bununla bağlı rayon ictimaiyyəti, ağsaqqal və ağbirçəkləri üzərində də çox ciddi məsulliyyət var. Bugün ərazimizin 20 % -nin hələ də erməni işğalı altında olduğu zamanda hər bir Azərbaycan vətəndaşı Vətəni uğrunda hər vəziyyətdə canından keçən insanlar qarşısında borcludur.

Paylaş: