Ca. Yan 23rd, 2020

Qorxunc gəlişmə: ABŞ nüvə savaşına hazırlaşır? – Rusiyadan kritik açıqlama

“Beynəlxalq nüvə sazişindən (INF) çıxan ABŞ-ın nüvə raketlərini sınaqdan keçirməsi narahatlıq yaradır”.

Turkustan.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət İdarəsinin rəisi Vladimir Yermakov deyib.

O, ABŞ-ın nüvə fəaliyyətinin Rusiyanın diqqətində olduğunu bildirib: “Mövcud vəziyyət bizi narahat edir. Məsələni diqqətdə saxlayacağıq”.

Yermakov ABŞ-ın nüvə sazişindən çıxmasından bir neçə ay sonra sınaqlar başladığını, buna əvvəlcədən hazırlaşdığını iddia edib.  /Teleqraf.com/

Paylaş: