Şb. Yan 18th, 2020

Zirəddindən ŞOK PROQNOZ: “Aygünü, Röyanı, Faiqi və Nadiri…” – VİDEO

“ATV Maqazin 10larla” proqramının bu həftə qonağı Rusiyada yaşayıb, orada fəaliyyət göstərən məşhur ekstasens və öncəgörücü Zirəddin Rzayev olub.

Turkustan.info xəbər verir ki, sözügedən verilişdə Zirəddin yerli ulduzları 2020-ci ildə nələr gözləyir sualına 6-cı hissini işə salaraq məşhurlar haqqında proqnozlar verib:

Xalq artisti Aygün Kazımova:

2020-ci ildə sənətində yüksəlişlər olacaq. Uğura nail olacaq. 2020-ci il Aygün üçün uğurlu ildir. 2020-ci ildə sağlamlığında problemlər olacaq. Bunu mən sizə deyirəm. Məsləhət görürəm ki, sağlamlığını nəzarətdə saxlasın. Şəxsi həyatında hələ ki sakitçilikdir.

Xalq artisti Röya Ayxan:

Röyanın həyatında ciddi dəyişikliklər görmürəm. Eynən Aygün Kazımova kimi. Amma Röyanın həyatında elə bir insan olacaq ki, onun həyatında çox önəmli bir rol oynayacaq. Gizli və məxfi sevgi görürəm. Avtomobillə bağlı Röya gərək çox ehtiyatlı olsun. Çünki onda maşın qəzasına meyillilik var. 2-3 ildən sonra Röyanın karyerasında yenidən problemlər yarana bilər.

Xalq artisti Faiq Ağayev:

2020-ci ildən sonra Faiq Ağayevin karyerası ilə bağlı başqa bir səmtdə yenilik ola bilər. Biznes aça bilər, vəzifəyə gedə bilər. Çünki 2020-ci ildən sonra Faiqin qarşısında öz sahəsinə aid olmayan bir iş çıxır. Musiqidən uzaqlaşmayacaq. Ömrünün sonuna kimi bu sənətdə özünü göstərəcək.

Daha sonra Zirəddin müğənni Nadir Qafarzadə haqqında maraqlı proqnozlar verib. Ekstrasens irəliləyən illərdə Nadir Qafarzadənin fəxri ada layiq görüləcəyi barədə şad xəbər verib.

Bu il yerli şou-biznesdə məşhurlar arasında daha çox evlənənlərin olacağını bildirib. Zirəddin, “2020-ci ildə daha iki məşhurun boşanmasının şahidi olacaqsız” deməyi də unutmayıb.

/Oxu.Az/

 

Paylaş: