Ça. Yan 21st, 2020

ÇL-də 1/8 finalın püşkü atıldı – Cütlər bəlli oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Turkustan.info xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Püşkatmanın nəticələrinə əsasən, 1/8 final mərhələsinin cütləri belə olub:

“Borussiya” (Dortmund) – PSJ
“Real” – “Mançester Siti”
“Atalanta” – “Valensiya”
“Atletiko” – “Liverpul”
“Çelsi” – “Bavariya”
“Lion” – “Yuventus”
“Tottenhem” – “Leytspiq”
“Napoli” – “Barselona”

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda baş tutacaq.    /Oxu.Az/

Paylaş: