Ca. Fev 20th, 2020

Əlövsət Ağalarov “Türk dünyasına xidmət” medalı ilə təltif olundu – FOTO

“Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist, tanınmış naşir Əlövsət Ağalarov beynəlxalq mükafata layiq görülüb.

Turkustan.info xəbər verir ki, Ə.Ağalarov Türkiyədə fəaliyyət göstərən İpəkyolu Strateji Araşdırmalar Mərkəzi və beynəlxalq “Türksoy” jurnalı tərəfindən “Türk dünyasına xidmət” medalı və xüsusi diplomu ilə təltif edilib. 

Mükafat dekabrın 16-da Bakıda – Park İNN otelində keçirilən təntənəli mərasimdə təqdim edilib.

Mərasimdə çıxış edən İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy Ə.Ağalarovun Türk dünyasının dəyərli aydınlarından biri olduğunu bildirib. Qeyd edib ki, Ə.Ağalarov 2016-ci ildə 15 iyul dövlət çevrilişinə cəhd zamanı İstanbulda Türk xalqı ilə birlikdə meydanda olub, hətta xəsarət də alıb: “Bu dirəniş bir millət fəlsəfəsinin daha bir örnəyidir” – deyə S.Türksoy vurğulayıb. 

Paylaş:

mersin escort bayan mersin escort